12 min nəfəri işdən çıxarır

General Electric (GE) kiçilən qaz və kömür bazarına görə, xərc azaltmaq üçün 12 min nəfəri işdən çıxarmağa hazırlaşır.
 

"Marja" xəbər verir ki, dünyanın ən böyük enerji şirkətlərindən biri olan GE, bu qərarla enerji sektorundakı işçi qüvvəsinin 18%-dən imtina etmiş olacaqdır. Verilən xəbərlərə görə, işdən çıxarılacaq personalın böyük hissəsi ABŞ xaricindəki müəssisələrdə işləyənlər olacaqdır.
 


ABŞ şirkəti, ixtisarlar sayəsində gələn il enerji bölməsində 1 milyard dollar qənaət etməyi planlaşdırmır. Şirkətin ümumi qənaət hədəfi isə 3.5 milyard dollar səviyyəsindədir.


 
General Electric yalnız 12000 nəfəri çıxarmaqla qalmayacaq, investisiya xərclərini və aaraşdırma büdcəsini də azaldacaqdır.


 
Dünyanın ən böyük qaz turbini istehsalçısı olan GE, ötən ay bəzi sahələrdən də çıxa biləcəyi siqnalını vermişdi.


 
Xəbərlərin ardından General Electric-in  səhmləri 0.6% dəyər itirərək son 6 aydakı ən aşağı səviyyəsi olan 17.66 dollara geriləyib. Bu il orta hesabla 22 faiz artan Dou Cons indeksində GE 44 faiz "əriyərək" ən pis şirkət olub.
 


Dünya üzrə 300 min əməkdaşı olan General Electric-in nəzdində olan enerji bölməsinin ötən il dövriyyəsi 26.8 milyard dollar olub və gözləntiləridən aşağı qalmışdı. Əsas amil olaraq, qaz ilə istehsal edilən elektrik enerjisinə olan tələbatın azalması göstərilir. 

7 Dekabr 2017, 16:59   
Melissa Park
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin