Dolların daha da ucuzlaşacağı proqnozlaşdırlır
Amerikanın yeni prezidenti Donald Trampın cümə günü baş tutacaq mətbuat konfransı fonunda və Avrozona iqtisadiyyatı ilə bağlı müsbət statistik göstəricilərin açıqlanması, çərşənbə axşamı EUR/USD məzənnəsinin gözlənildiyi kimi 1.0718$-a kimi bahalaşmasına səbəb olub.
Eyni zamanda bu gün Bakı vaxtı ilə saat 14:00-da Avrozonanın 2016-ci il üzrə yekun inflyasiya səviyyəsi açıqlanacaqdır və illik inflyasiya 1.1% səviyyəsində açıqlanarsa, məzənnənin cümə gününə kimi 1.0630$-ın üzərində möhkəmlənə biləcəyi proqnozlaşdırılır. İnflyasiya 1.1%-dan yüksək yayımlanarsa məzənnənin hətta 1.0818$-a kimi bahalaşa biləcəyi (Dollar ucuzlaşacaq, Avro bahalaşacaq) də proqnozlaşdırılır.
Amerikanın həftəlik neft ehtiyatlarında azalma gözləntiləri də enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiymətinin çərşənbə axşamı 56.93$-a kimi bahalaşması ilə nəticələnib. Qiymət gələcək günlər 56-53$ aralığında dalğalanmaqda davam edə bilər.
Dolların ucuzlaşması əlvan metallar bazarında da qızılın bir unsiya üzrə qiymətinin 1219$-a kimi bahalaşmasına səbəb olub. Qızılın qiyməti də 1200$ üzərində möhkəmləndikcə, 1230$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
© İnvestAZ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
4 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
7 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
7 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl