İş adamı: Vergilər nazirinin vəzifəsindən azad olunmasına görə hamı məni təbrik edir

"Açığı mənə çox ağır gəlir ki, kimlərinsə cəza almasına hardasa səbəb oluram."

 

"Marja" xəbər verir ki, bunu iş adamı, "AAAF İnşaat" şirkətinin rəhbəri Tofiq Heydərov bildirib:

 

İş adamı qeyd edib ki, heç bir kəsin ona görə pis duruma düşməsini arzulamır:

 

"Bu gün hamı məni təbrik edir. Bu təbrikin səbəbi Vergilər naziri Fazil Məmmədovun vəzifəsindən azad olunması, bizə qarşı hiylə quran bankın səlahiyyətlərinin alınması, mənim həbs olunduğumu yazan otuza yaxın saytın məhkəməyə verilməsi və s.bu işlə əlaqəli olan insanların cinayətə cəlb olunması məsələləridir. Açığı mənə çox ağır gəlir ki, kimlərinsə cəza almasına hardasa səbəb oluram. Mən həyatda heç bir kəsin mənə görə pis duruma düşməsini arzulamamışam. Mənə ən çox pislik edən insan üçün belə həmişə dua edərək Allahdan günahlarının bağışlanmasını istəmişəm. Çünkü qarşımda olan manelərin səbəbini və günahı özümdə axtarmışam. Şükürlər olsun çox vaxt buraxdığım səhvlərimi anlayib nə zaman etdiyimi tapa bilmişəm. Heç bir şey səbəbsiz olmur və hər zaman Allahın mənə bu səhvlərə görə nə qədər rəhm etdiyinin şahidi olmuşam. Əslində biz insanlar Allahın bizlərə bəxş etdiyi nemətlərə görə şükür etməyi demək olar ki, unutmuşuq. Çətin vaxtlarımızda günahlarımız yada düşür və Allaha dua borcumuzu qismən bu çətin vaxtlarda edə bilirik. Şükürlər olsun ki, Allah bizə ən bərəkətli neməti, və gözəlliyi olan bir dövlət bəxş edib.Torpağımız necə güclüdürsə bu torpağın övladları da belə istedadlı və bacarıqlıdır. Ona görə bir birimizin qədrini bilək və yaxşı əməllərimizi həmişə önə çixaraq. Çalışaq ki, yıxılana balta vuranlardan olmayaq. Allah bütün vətəndaşlarımızın günahlarını bağışlasın və respublikamızı xarici qüvvələrin şərindən qorusun. Amin".

7 Dekabr 2017, 20:01   
Melissa Park
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin