Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dollar ilə bağlı kritik məlumat açıqlanacaq - ABŞ valyutası güclənir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar ilə bağlı kritik məlumat açıqlanacaq - ABŞ valyutası güclənir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dollar, vergi islahatı layihəsinin Senatdan keçməsi, ABŞ Prezidentinin uzun zamandan bəri gözlənən infrastruktur planını gələn ay açıqlayacağına dair xəbərlər, məşğulluq hesabatı və Fed-in faiz qərarı öncəsi bahalaşıb.


"Marja" xəbər verir ki, yeni vergi islahatı ABŞ şirkətlərindən alınan verginin 35%-dən 20%-ə endirilməsini, xaricdəki vəsaitlərini ABŞ-a gətirən şirkətlərdən bir dəfə vergi tutulmasını nəzərdə tutur. Yeni vergi dərəcələrinin qüvvəyə minməsinin ABŞ-da iqtisadi inkişafı sürətləndirəcəyi bildirilir. 

 

Trump-ın infrastruktur planı büdcədən investisiyaları artıracaq. Bu xərclərin də iqtisadi inkişafı daha da canlandıracağı hesab olunur. 

 

Treyderlər bu gün açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq hesabatını və Fed-in gələn həftəki (12-13 Dekabr) faiz qərarını gözləyərkən, Dollar, G-10 pullarının hamısı qarşısında yüksəlib.

 

Avro dollar qarşısında ucuzlaşaraq 1.1761 səviyyəsinə düşüb. 

 

Bu gün ABŞ-da iki mühüm göstərici - kənd təsərüfatı xaric məşğulluq və işsizlik məlumatları açıqlanacaqdır. Noyabrda ABŞ-da məşğulluğun 200 min artacağı gözlənilir. Oktyabrda məşğulluq 261 min artmışdı. Ölkədə işsizlik nisbətinin dəyişməyərək 4.1%-də qalacağı gözlənilir. 

 

Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.

 

Saat

Valyuta

Məlumat

Proqnoz

Əvvəlki

17:30

  USD

Orta Saatlıq Maaşlar (Aylıq)  

0,3%

0,0%

17:30

  USD

 Kənd təsərrüfatı xaric Məşğulluq  

200K

261K

17:30

  USD

 İşsizlik Nisbəti

4,1%

4,1%

08.12.2017 06:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ