Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

SOCAR Vyetnamla neft ixracı müqaviləsi bağlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Vyetnamla neft ixracı müqaviləsi bağlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın “SOCAR Trading” və Vyetnamın “Binh Son Refining and Petrochemical Co.” (BSR) şirkətləri arasında müqavilə imzalanıb. 


“Reuters”in verdiyi xəbərə görə, müqaviləninin qüvvədə olacağı 2018-2021-ci illər ərzində hər ay “SOCAR Trading” Vietnam şirkətini ayda 3 mln. barel “Azeri Light” və 2 mln. barel isə digər markalı xam neftlə təmin edəcək. Bu xammal şirkətin "Dung Quat" neft emalı zavodu üçün nəzərdə tutulub.

Reklam_3_11


BSR-in rəhbəri Nqyuen Hoai Gianq jurnalistlərə açıqlamasında bildirib ki, bu müqavilə şirkət üçün olduqca əhəmiyyətlidir.


Qeyd edək ki, 2017-ci ilin ilk 11 ayında Vyetnamda neft hasilatı illik müqayisədə 10,6% azalaraq 12,48 mln. tona, yaxud gündəlik 273,8 min barelə düşüb. Halbuki ölkə illik hədəf istehsalı kimi 14,2 mln. ton müəyyən edib.
“Thompson Reuters Eikon” sistemi göstərir ki, bu ilin yanvar-noyabr aylarında SOCAR artıq Vyetnama 4 mln. barel xam neft ixrac edib.

 

© Report

08.12.2017 07:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ