Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ötən il Azərbaycan iqtisadiyyatı nə qədər geriləyib - SON RƏQƏMLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ötən il Azərbaycan iqtisadiyyatı nə qədər geriləyib - SON RƏQƏMLƏR

2016-cı ildə ölkə rezidentləri tərəfindən 59 milyard 987,7 milyon manatlıq və ya  2015-ci ildəkindən 3,8 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Azalmanın əsas səbəbi tikinti sektorunda əlavə dəyərin 2015-ci ilə nisbətən 27,6 faiz azalması  olmuşdur. Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.

 

Reklam_3_11

Eyni zamanda bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 4,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,6 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 1,5 faiz, sənayedə 0,4 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində isə 0,1 faiz artmışdır.

 

Keçən il sənayedə 22 milyard 434,5 milyon manatlıq, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 6 milyard 152,2 milyon manatlıq, tikintidə 6 milyard 4,4 milyon manatlıq, nəqliyyat və anbar təsərrüfatı sahələrində 4 milyard 102,4 milyon manatlıq,  kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3 milyard 369,6 milyon manatlıq, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1 milyard 436,3 milyon manatlıq, informasiya və rabitə sahələrində 1 milyard 60,2 milyon manatlıq əlavə dəyər yaradılmışdır.

 

ÜDM–in 10 milyard 836,9 milyon manatı iqtisadiyyatın digər sahələrində istehsal edilmiş, məhsula və idxala xalis vergilər 4 milyard 591,2 milyon manat təşkil etmişdir.

 

Yola saldığımız ildə ümumi daxili məhsulun 39 milyard 403,1 milyon manatı, yəni 65,7 faizi iqtisadiyyatın qeyri-neft sahələrinin, 34,3 faizi (20 milyard 584,6 milyon manatı) isə neft-qaz sektorunun  payına düşmüşdür.

 

Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən dəyəri 6223,8 manat olmuşdur.

18.01.2017 09:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ