Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bank Silk Way yeni milli ödəmə sistemini işə salacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank Silk Way yeni milli ödəmə sistemini işə salacaq

"Bu ilin sonunadək SW PAY yeni milli ödəmə sistemini tətbiq etməyi planlaşdırırıq".

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bunu Bank Silk Way-ın Müşahidə Şurasının sədri Elçin Əhmədov deyib.

 

"Sistemin əsas üstünlüyü, ondan mobil tətbiq formatında və dünyanın istənilən nöqtəsində istifadə etmək imkanı ilə bağlıdır. Hazırda İnternet bankçılıq və mobil bankçılıq üzrə elektron tətbiqləri müasirləşdirmək istiqamətində tədbirlər görülür",- o deyib.

 

Elçin Əhmədov, Bank SW tərəfindən pərakəndə müştərilərə tətbiq olunacaq digər yenilikləri də açıqlayıb:

 

-1 dekabr 2017-dən 1 mart 2018-dək Visa Gold Miles və Visa Platinum Miles alışı üçün endirim kampaniyası tətbiq ediləcək.

 

Həmçinin, 2018-ci ilin əvvəlindən MasterCard Black Edition Miles premium kartı buraxmaq planlaşdırılır. Belə ki, Premium kartın sahibi yuxarıda qeyd olunan kartların sahiblərinə nisbətən daha çox üstünlüklər əldə edəcəklər:

 

- kartdan ilkin istifadə zamanı müştərinin balansına əlavə 500 mil daxil ediləcək;

 

- MasterCard şirkətinə məxsus olan və bir çox ölkələrin paytaxt və iri şəhərlərində hava limanlarında fəaliyyət göstərən MasterCard Lounge zallarından pulsuz istifadə imkanı;

 

- LoungeKey – 600-dən çox beynəlxalq hava limanında birinci dərəcəli və VIP kateqoriyalı zallardan istifadə imkanı;

 

- MC Concierge – kart sahibinə xaricdə olarkən otellərin bronlanması, qapalı şənliklərə və klublara, yaradıcılıq gecələrinə və film premyeralarına, moda butiklərinə giriş məqsədilə 365/24/7 rejimində kömək üçün müraciət etmək və bir sıra digər imkanlar təmin edən fərdi yardım xidməti;

 

- Travel Assistance  xidməti  – səfər etdikləri ölkə haqqında ətraflı məlumat, viza və digər hüquqi yardımlar, valyuta məzənnələri haqqında məlumat, itirilmiş baqajı tapmağa və qaytarmağa kömək və digər xidmətlər;

 

- Duty free və SW Club endirim kartını hədiyyə kimi əldə etmək;

 

- Xaricə səyahət edənlər üçün illik sığorta vəsiqəsi (Şengen zonası).

08.12.2017 08:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ