Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dövlət büdcəsinə ən çox mənfəət vergisi ödəyən xarici şirkətlər - HESABAT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət büdcəsinə ən çox mənfəət vergisi ödəyən xarici şirkətlər - HESABAT

Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətləri 2016-cı ildə dövlət büdcəsinə 258,8 mln. dollar məbləğində mənfəət vergisi ödəyib.


Bu barədə "Moore Stephens Azerbaijan" auditor şirkəti tərəfindən aparılan 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) hesabatının yekun versiyasında qeyd edilib.

 

Hesabata əsasən, ötən il dövlət büdcəsinə 15 xarici şirkət mənfəət vergisi ödəyib.

 

BP şirkəti dövlət büdcəsinə 94,4 mln. dollar məbləğində mənfəət vergisi ödəyərək digər 14 şirkəti qabaqlayıb.


 
Yaponiyanın "Inpex" (44,7 mln. dollar), ABŞ-ın "Chevron" (23,8 mln. dollar) və "ExxonMobil" (19,2 mln. dollar) şirkətləri də dövlət büdcəsinə ən çox mənfəət vergisi ödəyən xarici şirkətlər sırasındadır.

 

Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsində iştirak edən 9 şirkətin dövlət büdcəsinə ödədiyi mənfəət vergisinin ümumi məbləği 253,3 mln. dollardır.


 
Qalan 6 şirkət isə dövlət büdcəsinə 5,5 mln. dollar məbləğində mənfəət vergisi ödəyib.

 

Bununla yanaşı, "AzGerneft" şirkəti 300 min manat, "Zenith Aran Oil Company limited" isə 4,8 mln. manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə köçürüb.

 

© APA

08.12.2017 10:02

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ