Mobil manşet üstü reklam_21

Jurnalistlərin övladları Ulduz Şokolad fabrikində!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Jurnalistlərin övladları Ulduz Şokolad fabrikində!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ulduz Şokolad fabriki mətbuat nümayəndələrinin övladları üçün ekskursiya təşkil edib.

 

Ekskursiyada iştirak edən 7-15 arası olan uşaqlara şokoladın isethsalı və tarixi barədə hazırlanmış videoçarx nümayiş olunub, onlara şokolad məhsullarının hazırlanma texnologiyası barədə ətraflı məlumat verilib.

 

Bundan əlavə mətbuat nümayəndələrinin övladları ilə istehsal sahəsi üzrə gəzinti təşkil edilib. Gəzinti zamanı uşaqlar şokoladların hazırlanması və qablaşdırılmasını canlı izləyiblər.

 

Ekskursiya iştirakçılarına hazırlanan məhsullardan yerindəcə dadına baxmağa şərait yaradılıb. Tədbirin sonunda uşaqlara “Ulduz” şokolad fabrikinin məhsulları hədiyyə kimi təqdim edilib.

 

Qeyd edək ki, Avropanın ən müasir avadanlığı ilə təchiz olunmuş fabrikdə istehsal edilən məhsullar, ümumilikdə dünyanın 20-dən çox ölkəsinə ixrac olunaraq ölkəmizi qida sektorunda layiqincə təmsil edir. Fabrik “Ritm”, “Rocky”, “Tango”, “Xonça”, “Ridli”, “Wesley”, “Sweet” və digər məhsulların müxtəlif çeşidləri ilə xarici bazarlarda da böyük nüfuz qazanıb.

08.12.2017 10:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ