Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda ilk leqal musiqi kontenti

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ilk leqal musiqi kontenti

“Microsoft” korporasiyası Baku Expo Mərkəzində dekabrın 5-dən 8-dək 23-cü “Bakutel” informasiya-kommunikasiya texnologiyaları sərgisində iştirak edib.

 

Reklam_3_11

Sərginin ikinci günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Leyla Əliyevaya şirkətin stendində nümayiş olunan bir sıra innovativ texnologiyalar, həmçinin “Microsoft” texnologiyaları üzərində qurulmuş “Made in Azerbaijan” əqli mülkiyyət məhsulları təqdim olunub.

 

Dövlət başçısına məlumat verən “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf prioritetlərindən biri də IT sahəsidir. Məhz bunu əsas götürərək, şirkətimiz yerli IT startaplara dəstək verir.

 

Həmçinin, stenddə cənab prezidentə “Microsoft” şirkətinin platformasında hazırlanan yerli tədbiqlər nümayiş olunub. Tədbiqlərdən böyük marağa səbəb playmusic.az haqqında ətraflı məlumat verilib. Bildirilib ki, tədbiq Azərbaycanda ilk leqal musiqi kontentini cəmləyən portaldır. Portal tezliklə işə düşəcək.

 

Təqdimat sonrası dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və Leyla Əliyeva şirkət nümayəndələri ilə stendin qarşısında xatirə şəkli çəkdiriblər.

 

Qeyd edək ki, “Microsoft Azerbaijan” şirkətinin dörd zonadan ibarət stendində ayrılıqda səhiyyə, təhsil və innovasiya sahələrində olan məhsullar və “Made in Azerbaijan” əqli mülkiyyət məhsulları nümayiş olunub. Stendin “Made for Azerbaijan” bölməsində isə Azərbaycanın innovasiya potensialını artıracaq layihələr təqdim olunmuşdur.

 

“Microsoft” Korporasiyasının təmsilçiliyi Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. Microsoft-Azərbaycanın əsas məramı Azərbaycanın tam potensialını həyata keçirilməsinə dəstək göstərməkdir. Təmsilçiliyin məqsədi Microsoft Korporasiyasının ən son məhsul və həllərinin daha səmərəli tətbiqi vasitəsilə Azərbaycanın strateji inkişaf məqsədlərinə çatmasına xidmət etməkdir.

08.12.2017 12:10

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ