Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Palatanın Baş icraçı direktoru Alışov iclas keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palatanın Baş icraçı direktoru Alışov iclas keçirib

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında Palatanın əsas icraçısı olduğu, eləcə də digər icraçısı olduğu strateji yol xəritələri üzrə tədbirlərin icra vəziyyətinin müzakirəsinə dair növbəti iclas keçirilib.

 

Palatadan "Marja"ya daxil olmuş məlumata görə, Baş icraçı direktor İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda qeyd edilən strateji yol xəritəsinin icrası məqsədilə yaradılan əməliyyat planına uyğun cari ilin noyabr ayı ərzində həyata keçirilmiş tədbirlərin müzakirəsi aparıldı və növbəti ay üçün keçirilməsi nəzərdə tutulan tədbirlər planı açıqlanıb.

 

Tədbirlər planının icrasının koordinasiya işlərinin daha effektiv aparılması məqsədi ilə 16 prioritet üzrə yaradılmış işçi qruplarının rəhbərləri tərəfindən görülən işlər və keçirilən görüşlər barədə hesabat məruzələri dinlənilib, icra mərhələsində olan tədbirlərin qiymətləndirilməsi və gözlənilən nəticələr ətrafında fikir mübadiləsi aparılıb.

 

İkinci yarımillikdən etibarən hər ay keçirilən strateji yol xəritəsinin icrası ilə bağlı iclasda bu dəfə də növbəti ay üçün nəzərdə tutulan tədbirlərin vaxtında icrasına dair aidiyyəti struktur bölmələrə müvafiq təklif və tövsiyələr verilib.

08.12.2017 13:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ