Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Mərkəzi Banka baş direktor təyin edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Banka baş direktor təyin edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankına (AMB) daha bir baş direktor təyin edilib.


Bu, Vüqar Ramin oğlu Əhmədovdur.


Bununla da, AMB-nin baş direktorlarının sayı 4-ə çatıb.


Xatırladaq ki, V.Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub, 1999-cu ildə Azərbaycan Dövlət Dillər İnstitutunu “Dilşünaslıq tərcüməçi-referent ingilis dili” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə, 2006-cı ildə isə ABŞ-nın Vaşinqton Universitetini “Tətbiqi iqtisadiyyat” ixtisası üzrə magistr pilləsini bitirib, 2008-ci ildə həmin universitetdə İqtisadiyyat üzrə Fəlsəfə Elmləri Doktoru (Ph.D) alimlik dərəcəsini alıb.
Əmək fəaliyyətinə 1998-ci ildə Kənd Təsərrüfatı Nazirliyində aparıcı mütəxəssis-tərcüməçi vəzifəsində başlayıb. 1998-2004-cü illərdə nazirlikdə baş mütəxəssis-tərcüməçi, baş məsləhətçi vəzifəsində, dövlət qulluğunun kiçik müşaviri dərəcəsi ilə işləyib. 2009-cu ildə AMB-də Tədqiqatlar departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsinin rəisi vəzifəsində işə qəbul edilib. 2010-2013-cü illərdə illərdə qurumun Tədqiqatlar və İnkişaf Mərkəzinin Tədqiqatlar departamentinin direktor müavini, həmin departamentin direktoru vəzifələrində, 2013-2017-ci illərdə Mərkəzin direktoru vəzifəsində işləyib.

 

Ailəlidir, 2 övladı var.

08.12.2017 15:03

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ