Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

1000-dən çox insan pulsuz göz müayinəsindən yararlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
1000-dən çox insan pulsuz göz müayinəsindən yararlanıb

Azercell Telekom-un dəstəyi ilə fəaliyyət göstərən “Mobil Göz Klinikası” ötən il ərzində müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara xidmət göstərib, yüzlərlə xəstəni müayinə edib.

 

Ağcabədidə yerləşən Gənclər üçün təhsil mərkəzində 47 nəfər, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsindəki 1 saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində isə 29 nəfər müayinə olunub. Klinikanın həkimləri Salyanda və Siyəzəndə yerləşən internat məktəbində ehtiyacı olan 100 nəfərə yardım etdikdən sonra Əmircan, Zığ və Hövsan qəsəbəsində 120 nəfər olmaqla valideyn himayəsindən məhrum olan uşaqlara, ahıllara və aztəminatlı ailələrə xidmət göstəriblər. Eyni zamanda Salyandakı Əlillər Cəmiyyətində 35 nəfər, Buzovna qəsəbəsindəki Qocalar evində isə 24 nəfər müayinə olunub. Müayinələrin nəticələrinə əsasən ehtiyacı olanlara eynək reseptləri yazılıb, bəzilərinə isə müalicələr təyin edilib.

 

Ümumilikdə 2016-cı ildə 1000-dən çox ehtiyacı olan insana “Mobil Göz Klinikası” layihəsi çərçivəsində yardım edilib.

 

Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.

 

18.01.2017 09:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ