Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

300-dən çox dərmanın qiymətləri təsdiqləndi

iç səhifə xəbər başlığı altı (mobil)_31
300-dən çox dərmanın qiymətləri təsdiqləndi

Bu gün Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.


 
Tarif Şurasından verilən məlumata görə, iclasda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, dövlət qeydiyyatından yeni keçmiş 300-dən artıq dərman vasitəsinin qiyməti təsdiq edilib.

Reklam_3_11


 
Ümumilikdə, indiyədək ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla dövlət qeydiyyatına alınmış 10713 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq olunub.


 
Dərman vasitələrinin təsdiq edilmiş topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixləri göstərilməklə tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.


 
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən 70-dən artıq ölkədə fəaliyyət göstərən 1000-ə yaxın müəssisənin istehsalı olan dərman vasitələri dövlət qeydiyyatına alınıb və dərman vasitələrinin idxalı 50-dən çox fəal idxalçı tərəfindən həyata keçirilir. Yeni dərman vasitələri dövlət qeydiyyatına alındıqca prosesin davamı olaraq həmin dərman vasitələri üzrə qiymət tənzimlənməsi aparılır. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesində aydın və şəffaf mexanizm tətbiq edilməklə optimal qiymət, yəni əhalinin dərman vasitələri ilə etibarlı təchizatının mümkün olduğu minimal qiymət siyasəti həyata keçirilir və digər ölkələrlə müqayisədə Azərbaycan dərman vasitələri ilə bağlı qiymət tənzimlənməsi sahəsində ən stabil qiymət siyasəti həyata keçirən ölkədir.

08.12.2017 16:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ