Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda elektron "kupça" veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda elektron "kupça" veriləcək

Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nda dəyişikliklər edib.


 
Bu Qaydalar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri, onların rayon (şəhər) şöbələri, mobil səyyar xidmət bölmələri və “ASAN xidmət” mərkəzlərindəki xidmət bölmələri (bundan sonra - xidmət bölmələri) tərəfindən daşınmaz əmlak üzərində hüquqların, onların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı, həmçinin məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının və hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) ləğv edilməsi ilə bağlı tələb olunan sənədlərin qəbulu, yoxlanılması və verilməsi prosedurunu tənzimləyir.

Reklam_3_11


 
Bu Qaydaların məqsədləri üçün sənədlərin dövriyyəsi dedikdə, daşınmaz əmlak üzərində hüquqların, onların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı, həmçinin məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının və hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) ləğv edilməsi ilə bağlı tələb olunan sənədlərin kağız daşıyıcıda və ya elektron formada qəbulu, yoxlanılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və (və ya) bildirişin verilməsi nəzərdə tutulur. Bu hüquqi hərəkətlərin həyata keçirilməsi ilə bağlı çıxarış və (və ya) bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinin rəhbəri tərəfindən təsdiq edilir, sənədlərin qəbulu və verilməsi şöbəsinin məsul şəxsi tərəfindən qeydiyyata alınır. İndiyə qədər dövlət reyestrindən çıxarış və (və ya) bildiriş ərizəçi “sənədlərin verilməsi jurnalı”nda sənədi aldığını öz imzası ilə təsdiq etdikdən sonra ona bilavasitə təqdim olunub. Dəyişikliyə əsasən bundan sonra hüquq sahibinin istəyi əsasında çıxarış kağız formada təqdim olunacaq və ya elektron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilərək hüquq sahibinin çıxarışı elektron üsulla əldə etməsi imkanı təmin olunacaq. Çıxarış kağız formada təqdim olunduğu təqdirdə, ərizəçi “sənədlərin verilməsi jurnalı”nda sənədi aldığını öz imzası ilə təsdiq etməlidir. Bildiriş isə yenə ərizəçi “sənədlərin verilməsi jurnalı”nda bildirişi aldığını öz imzası ilə təsdiq etdikdən sonra ona bilavasitə təqdim olunacaq. 
 


Qeyd edək ki, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nda dəyişiklik “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 25 aprel tarixli qanunla bağlıdır. Qanuna edilən dəyişikliyə əsasən hüquq sahibinin istəyi əsasında çıxarış kağız formada təqdim olunmalı, yaxud elektron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunmalıdır. Nazirlər Kabinetinin “Daşınmaz əmlak üzərində hüquql

08.12.2017 22:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ