Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Trampın qərarı çox yanlışdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Trampın qərarı çox yanlışdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.


Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. 

Reklam_3_11


Türkiyə Prezidenti dövlətimizin başçısını İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib.


Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.


Dövlət başçıları ABŞ Prezidenti Donald Trampın Qüdsün İsrail Dövlətinin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı qərarının çox yanlış olduğunu vurğulayaraq bildiriblər ki, bu addımlar beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər.


Eyni zamanda dövlət başçıları Türkiyə və Azərbaycanın İslam həmrəyliyinə töhfə verdiklərini qeyd edərək müsəlman aləminin maraqlarını bundan sonra da müdafiə edəcəklərini bildiriblər.


Prezident İlham Əliyev Türkiyə Prezidentinin növbəti dəfə İslam həmrəyliyi işinə dəstəklə bağlı öz üzərinə götürdüyü missiyaya görə Azərbaycan xalqı adından minnətdarlığını ifadə edib.

09.12.2017 15:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ