Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Fövqəladə Hallar Nazirliyi işçiləri üçün endirim və güzəştlər!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fövqəladə Hallar Nazirliyi işçiləri üçün endirim və güzəştlər!

Expressbank-dan Fövqəladə Hallar Nazirliyi işçilərinə xoş xəbər var. Expressbank qarşıdan gələn 16 dekabr peşə bayramı günü münasibəti ilə Fövqəladə Hallar Nazirliyində çalışan hər kəsi təbrik edir və onlara xüsusi endirimlərlə komissiyasız kredit məhsulları təklif edir.

 

Belə ki, 11-21 dekabr tarixlərində bütün FHN-də çalışan əməkdaşlar istənilən Expressbank filialına yaxınlaşmaqla illik faiz dərəcəsinə 2% endirim ilə nağd pul krediti götürə bilərlər. Üstəlik, kreditin ayrılmasına görə nağdlaşdırma və təhlil komissiyaları da 0% təşkil edəcək. Ən əsası isə - manatla, heç bir girov və sığorta məbləği tələb olunmadan!

 

Kampaniya çərçivəsində müştərilər 15.000 AZN – dək pul kreditindən yararlana bilərlər. Bu zaman 36 ayadək ödəniş müddətinin verilməsi müştərilərə büdcələrini daha çevik idarə etməyə, aylıq kredit ödənişin məbləğini minimuma endirməyə imkan verir.

 

Müştərilərin vaxtına qənaət məqsədi ilə Expressbank həmçinin kreditlərin rahat ödəmə vasitələrini də təqdim edir. Expresspay ödəniş terminalları, Expresspay mobil əlavəsi və www.expressbank.az saytında Şəxsi kabinet vasitəsi ilə müştərilər 24 saat ərzində kreditlərini ödəyə və ya hesablarında digər əməliyyatlar həyata keçirə bilərlər.

 

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS terminal və 600-dən artıq Expresspay ödəniş terminalı vardır.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya  Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

10.12.2017 18:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ