Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Əkininə maraq artıb - Bu rayonda 80 hektar əkildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əkininə maraq artıb  - Bu rayonda 80 hektar əkildi

Kürdəmirdə kənd təsərrüfatının gəlirli sahələrindən olan sarımsaq əkininə maraq artıb. Fermerlər, habelə torpaq mülkiyyətçiləri sentyabr ayından başlanan əkinini artıq başa çatdırıblar.

 

Rayon icra hakimiyyətindən  bildirilib ki, cari mövsümdə 15 yaşayış məntəqəsində ümumilikdə 80 hektar sahədə sarımsaq əkilib. Bu da ötən ildəkindən 59 hektar çoxdur. Rayonun Garıs Əyribənd, Karrar, Sığırlı, Mehdili, Xırdapay, Köhünlü, Qarasaqqal, Ərəbqubalı, Qarasu, Carlı, Ərəbxana kəndlərində, demək olar ki, bütün təsərrüfat sahibləri öz həyətyanı sahəsində və pay torpağında sarımsaq əkib.

 

Rayonda sarımsağın əsasən Şirvan sortu becərilir. Yüksək aqrotexniki qaydada becərdikdə, hər hektardan 15-20 ton məhsul götürmək olur. Bir kiloqram sarımsaq yerli bazarlarda 3-5 manata satılır. İş adamları kəndlilərdən aldıqları sarımsağı əsasən Rusiya bazarına aparırlar.

 

© Azərtac

10.12.2017 18:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ