Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın fındıq bağları təhlükə altındadır - 60% ZİYAN

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın fındıq bağları təhlükə altındadır - 60% ZİYAN

Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə qeyri-neft sektoru üzrə öndə gedən kənd təsərrüfatı sahələrindən biri fındıqçılıqdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, bu il respublikamız fındıq ixracı potensialına görə dünyada üçüncü yeri tutur.

 

Reklam_3_11

Azərbaycan fındığı Şimali Amerika da daxil olmaqla 25 ölkəyə ixrac edilir.

 

Hazırda bu sahəyə böyük ziyan vuran mərmər taxtabiti dünyanın bir çox ölkələrində ciddi ziyanverici hesab olunur. Artıq Türkiyədə və Gürcüstanda qeydə alınan bu ziyanvericinin hər an respublikamıza keçmə təhlükəsi çox böyükdür. Belə bir hal müşahidə edilərsə, həşəratın ölkəmizə ziyan vuracağı qaçılmaz olacaq.

 

Bu günlərdə Gürcüstanda həmin ziyanvericinin yayılmasının qarşısının alınması ilə bağlı müzakirələr aparılıb. Tbilisidə “Qəhvəyi mərmər taxtabiti” mövzusunda təşkil olunan forumda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun entomoloq əməkdaşları - biologiya elmləri doktoru Xalid Əliyev, biologiya üzrə fəlsəfə doktorları, dosent İradə Nuriyeva və Şeyda Məhərrəmova ekspert kimi iştirak ediblər.

 

Zoologiya İnstitutundan bildirilib ki, forumda ziyanvericinin Gürcüstanın müxtəlif kənd təsərrüfatı sahələrinə vurduğu ziyan və bu həşəratla mübarizə sahəsində görülən tədbirlər barədə məlumat verilib. Həmçinin dünyanın bir çox ölkələrindən dəvət olunmuş mütəxəssislər bu növlə mübarizədə gələcək iş planları ətrafında müzakirələr aparıblar.

 

Qeyd edək ki, vətəni Cənub-Şərqi Asiya olan mərmər taxtabiti polifaq növdür və 200-dən artıq bitki ilə qidalanır. Bu ziyanverici ABŞ-da ilk dəfə 1996-cı ildə qeydə alınsa da, artıq 2014-cü ildən etibarən ölkənin 34 ştatında və Kanadanın cənub vilayətlərində kənd təsərrüfatının müxtəlif sahələri üçün böyük təhlükə yaradıb. Həmçinin 2015-ci ildən etibarən artıq Rusiyanın rütubətli subtropiklərində, Gürcüstanda kütləvi şəkildə çoxalıb. Gürcüstan Kənd Təsərrüfat Nazirliyinin məlumatına görə, mərmər taxtabiti bu ölkədə fındığın məhsuldarlığına 60 faiz ziyan vurub.

 

© Azərtac

10.12.2017 18:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ