Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bank sektorunun xalis mənfəəti Oktyabrda 70 milyon artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank sektorunun xalis mənfəəti Oktyabrda 70 milyon artıb

2017-ci il noyabrın 1-nə bank sektorunun xalis mənfəəti 549,6 milyon manat təşkil edib.


 
"Marja" Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən xəbər verir ki, oktyabrda bankların faiz gəlirləri 1 milyard 582,3 milyon manat, faiz xərcləri isə 740,8 mln. manat olub.

Reklam_3_11

 

Qeyd edək ki, banklar oktyabrda kreditlər üzrə faizlərdən 1 milyard 168,5 mln. manat əldə ediblər.


 
Hesabat dövrü ərzində banklar tərəfindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 309,6 milyon manat vəsait ayrılıb.

 

Oktyabrın 1-nə bankların cəmi faiz gəlirləri 1 milyard 437 milyon manat, faiz xərcləri 687,8 milyon manat, xalis mənfəəti isə 479,7 milyon manat təşkil etmişdi. Beləliklə, Oktyabrda bank sektorunun xalis mənfəəti 69,9 milyon manat artıb. Mənfəətin böyük hissəsi Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank və PAŞA Banka məxsusdur.

11.12.2017 06:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ