Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Şirkətlər əlilləri işə götürmürlər - NAZİR SƏBƏBLƏRİ AÇIQLADI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şirkətlər əlilləri işə götürmürlər - NAZİR SƏBƏBLƏRİ AÇIQLADI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Hazırda əlilliyi olan şəxslərin işlə təminatında, işə götürülməsində müəyyən problemlər ortaya çıxır".


 
Bunu əmək və əhalini  sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Reklam_3_11

 

Onun sözlərinə görə, bu problemlərin müəyyən səbəbləri var: "Əlilliyi olan şəxsləri işəgötürənlər bir sıra səbəbdən işə götürmürlər. Birincisi, onlarda belə bir qənaət formalaşıb ki, əlilliyi olan şəxslərin digərləri ilə müqayisədə məhsuldarlığı aşağıdır. İkincisi və ən vacib məqamlardan biri odur ki, onların işlə təminatı üçün əlavə xərc çəkməyə işəgötürənlərin həvəsi yoxdur. Yəni əlilliyi olan şəxslərin işlə təmin olunması üçün həmin iş yerlərinin əlilliyi olan şəxslərə uyğunlaşdırılması lazımdır. Bunun üçün müəyyən qədər xərc çəkilməlidir. İşəgötürənlər bu xərclərin çəkilməsinə həvəslə getmirlər. Əlilliyi olan şəxslərin təhsil səviyyəsi, peşə hazırlığı səviyyəsi cəmiyyətin digər üzvlərinə nisbətən müəyyən qədər aşağıdır. Belə halda işəgötürənlər əlilliyi olan şəxslərin işə götürülməsində bunları əsas gətirərək müəyyən neqativ elementlərə yol verirlər. Əlilliyi olan şəxslərin iş tapmasında təhsilləri ilə bərabər, onların əlilliyinin növü də rol oynayır. Eyni zamanda onların əlilliyinin hansı yaşda baş verməsi də rol oynayır. Əlilliyi olan şəxslərin işlə təmin olunmasında biz cəmiyyət olaraq müəyyən dəyişikliyə getməliyik".

 

 ƏLİLLƏRİN 10%-İ İŞLƏYİR


"Azərbaycanda əlilliyi olan 624 min şəxsin təxminən 3 min nəfəri əmək qabiliyyətlidir. Onların isə 10 faizə yaxını işləyir".

 

Bunu əmək və əha­linin sosial müdafiəs­i naziri Səlim Müslüm­ov "Əlilliyi olan şəx­slərin məşğulluq imka­nlarının artırılmasın­a dəstək" layihəsinin ­təqdimatında deyib.

 

O bildirib ki, əlillərin məşğulluğunun təmin edilməsi əmək bazarının onlar üçün uyğunlaşdırılmasından asılıdır və bunun üçün  qanunvericiliyin təkmilləşdirilməsi vacibdir: "Əlillərin hüquqlarının müdafiəsi haqqında yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsi artıq Nazirlər Kabineti tərəfindən Prezident Administrasiyasına təqdim olunub".

 

Nazir deyib ki, BP şirkəti "Əlilliyi olan şəx­slərin məşğulluq imka­nlarının artırılmasın­a dəstək" layihəsi üzrə bir ildə 100 nəfər əlilliyi olan şəxsin xüsusi peşəyə, təhsilə yiyələnməsi öhdəliyini üzərinə götürür: "Şirkət bunun üçün 488 min manat vəsait ayıracaq".

 

© APA, Report

11.12.2017 08:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ