Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Şirkətlər və banklar iflasın qarşısını almaq üçün saziş bağlayacaqlar - “Bakı yanaşması” təqdim edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şirkətlər və banklar iflasın qarşısını almaq üçün saziş bağlayacaqlar - “Bakı yanaşması” təqdim edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və banklar arasında görüş keçirilmişdir.

 

Reklam_3_11

ABA-nın təşkilatçılığı ilə baş tutan görüşdə “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Qeyri-işlək aktivlərin idarə edilməsi üzrə hüquqi mexanizmlərin yaradılması” sərlövhəli tədbirin icrası üzrə Dünya Bankı ilə birlikdə hazırlanmış “Bakı yanaşması”nın təqdimatı olmuşdur.

 

“Bakı yanaşması” əvvəlcədən müəyyən edilmiş parametrlər üzrə bankların balansında olan qeyri-işlək aktivlərin restrukturizasiyası və bu çərçivədə ABA, Palata və prosesdə iştirak etmək niyyətində olan banklar arasında Kollektiv sazişin bağlanılmasını nəzərdə tutur.

 

Bu yanaşmanın əsas məqsədi hüquqi şəxslər, banklar və aidiyyəti şəxslər arasında razılaşma əldə edilməklə itkilərin azaldılması və hələ də sağlamlaşma imkanı olan bizneslərin lüzumsuz iflasının qarşısının alınmasıdır. 

 

Konsepsiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada banklar balansında olan qeyri-işlək aktivlərin həlli ilə bağlı fərdi deyil kollektiv maraqlar üzrə əməkdaşlıq edir. Borcların restrukturizasiyası ilə bağlı qərarlar yekdilliklə qəbul edilir.

 

Qeyri-işlək aktivlərin restrukturizasiyası ilə bağlı “Bakı yanaşması” banklar tərəfindən maraqla qarşılanmış və bu çərçivədə kollektiv sazişin bağlanması məqsədilə danışıqlara başlanılması və bankların və Palatanın nümayəndələrindən ibarət tərkibdə işçi qrupunun yaradılması qərara alınmışdır.

11.12.2017 09:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ