"Palata banklara xəbərdarlıq etməlidir"
Bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) müraciət edib.
Bu barədə o, özü məlumat verib.
Ə.Həsənovun sözlərinə görə, indiyə qədər banklar kollektor agentlikləri ilə əməkdaşlıq edib və bunu onunla əsaslandırmağa çalışıblar ki, guya borclular haqda məlumatı kollektorlara məhkəmə prosesində təmsilçilik üçün verirlər:
“Reallıqda isə kollektorlar insanlara hədə-qorxu gəlir və digər yollarla təzyiq edirlər. Lakin məlum olduğu kimi, qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən, 1 yanvar 2018-ci il tarixindən etibarən bankları məhkəmələrdə yalnız işçiləri və vəkillər təmsil edə bilər. Deməli, borclular haqda məlumat artıq heç bir halda digər üçüncü şəxslərə, o cümlədən kollektorlara ötürülə bilməz. Buna görə də Palatadan banklara bu barədə preventiv qaydada xəbərdarlıq etməyi xahiş etmişəm. Bu, ilk növbədə bankların özünə lazımdır. Əks halda, bank sirrini pozduqlarına görə yeni ildə çoxsaylı məhkəmə iddiaları, habelə Palatanın sanksiyaları ilə üzləşə və nəticədə maddi zərərə məruz qala bilərlər. Bu da bankların vəziyyətini daha da ağırlaşdıra bilər”.
Hüquqşünas həmşinin qeyd edib ki, kollektorların borclulara zəng etmək, onları harasa dəvət etmək və s. hüququ yoxdur:
“Belə halla rastlaşanda polisə şikayət edin. Yalnız bankın zənglərinə cavab verin, yalnız bank ofislərinə gedin (bütün bunlar da könüllüdür, məcburi deyil). Qorxmayın, çəkinməyin. Kollektorların qanunsuz fəaliyyətinə rəvac verən məhz sizin qorxu hissinizdir. Yeni ildən başlayaraq isə sizə borcla bağlı bank işçisi və yaxud vəkil olmayan şəxs zəng etsə, bankı dərhal məhkəməyə verib bank sirrinin pozulmasına görə təzminat tələb edin”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 25 d. əvvəl
- 31 d. əvvəl
-
1 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
3 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
3 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
3 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb