Gömrük, malları dəyərindən aşağı göstərən şirkətlərin adlarını açıqladı
Dövlət Gömrük Komitəsi (DGK) sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyini müəyyən edib.
DGK-nin Mətbuat Xidmətindən verilən məlumata görə, həmin sahibkarlıq subyektləri bunlardır:
№ | Xarici iqtisadi fəaliyyət iştirakçısının adı | Invoysda göstərilən qiymət | Real qiymət | Fərq |
1 | "Aksesuar Ticarət və Sənaye LTD" | 13046,63 avro | 18543,63 avro | 5497 avro |
2 | "Aksesuar Ticarət və Sənaye LTD" | 16013,72 | 22627,77 avro | 6614,05 avro |
3 | "Aksesuar Ticarət və Sənaye LTD" | 14840,21 avro | 20991,88 avro | 6151,67 avro |
4 | "Aksesuar Ticarət və Sənaye LTD" | 12230,60 avro | 18628,08 avro | 6397,48 |
5 | "Aksesuar Ticarət və Sənaye LTD" | 13117,94 avro | 21117,94 avro | 9000 avro |
6 | "Aksesuar Ticarət və Sənaye LTD" | 14545,14 avro | 33400,32 avro | 18855 avro |
7 | "Aksesuar Ticarət və Sənaye LTD" | 8604 avro | 12604,61 avro | 4000,61 avro |
8
| "Aksesuar Ticarət və Sənaye LTD" | 12645,70 avro | 15645,70 avro | 3000 avro |
9 | “ABA Trading” | 5230,56 avro | 25757,81 avro | 20527,25 avro |
"Cədvəldən də göründüyü kimi ümumilikdə 80043,06 avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib. Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bir daha bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq", - deyə məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
9 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
9 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
9 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
10 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
10 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 10 saat əvvəl
-
11 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
11 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 11 saat əvvəl
- 11 saat əvvəl