Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bakıya 20 ədəd "qarmoşkalı" avtobus gətiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıya 20 ədəd "qarmoşkalı" avtobus gətiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gələn ilin əvvəllərində Bakıya daxili sərnişindaşıma üçün 350 yeni avtobus gətiriləcək. Bu barədə  Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli deyib.

 

Qurum rəhbəri qeyd edib ki, həmin avtobuslardan 20-nin uzunluğu 18 metr olacaq:

 

"Bəziləri düşünür ki, Bakıya "qarmoşkalı" avtobuslar yaramır. Amma bu belə deyil. Bakının küçələri buna əlverişlidir. Bununla bağlı araşdırma aparmışıq, xarici şəhərlərin küçələri ilə Bakı küçələrini müqayisə etmişik. Avropa şəhərlərinin bəzi küçələri Bakının küçələrindən dardır. Sadəcə orada sərnişin-sürücü münasibətləri normaldır. Döngələrdə avtomobil park etmirlər, ötmə əməliyyatları düzgün aparılır və s. Bütün bunlar yollarda nəqliyyatın hərəkətinə təsir edir. Ona görə də əminliklə deyə bilərəm ki, 18 metrlik avtobuslar Bakı küçələrində normal hərəkət edə bilər".

 

V.Kərimli bildirib ki, Bakıya gətirilən həmin müasir və iritutumlu avtobusların "BakuBus" MMC və ya hansısa digər daşıyıcıya veriləcəyi hələ məlum deyil.

 

© Trend

11.12.2017 13:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ