Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda dollar kreditlərinin 19%-i problemlidir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda dollar kreditlərinin 19%-i problemlidir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 889,6 milyon manat və yaxud bütün kreditlərin 15,55%-i qədər olsa da, milli və xarici valyutalar üzrə bu nisbət fərqlidir.

 

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

 

Hesabata əsasən, kredit qoyuluşunun 58,9%-i və yaxud 7 milyard 153,2 milyon manatı Azərbaycan manatı ilə həyata keçirilib. Bunun isə 13,2%-i və yaxud 945 milyon manatı problemlidir.

 

Hesabat tarixinə, əsasən ABŞ dolları ilə xarici valyutada həyata keçirilən kreditləşmənin məbləği isə 4 milyard 999 milyon manat təşkil edib ki, bunun da 18,9%-nin və yaxud 944,6 milyon manatının vaxtı keçib.

 

Yeri gəlmişkən, problemli kreditlərin məbləği milli və xarici valyutalar üzrə demək olar ki, eynidir. 

 

© "Renkinq"

11.12.2017 13:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ