Səudiyyə Ərəbistanında kinoteatr qadağası ləğv edildi

 
Səudiyyə Ərəbistanında 2018-ci ilin əvvəlindən etibarən ölkədə 35 ildən artıq müddətdir qadağan edilmiş kinoteatrların yenidən açılmasına icazə veriləcək.


 
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının İnformasiya və Mədəniyyət Nazirliyindən verilən yazılı açıqlamada, "Radio-Televiziya-Media Şurasının İdarə Heyəti kinoteatrlara lisenziya verilməsinə qərar verib" deyilir.


 
İlk kinoteatırın 2018-ci ilin Mart ayında açılacağı gözlənilir.


 
Səudiyyə Ərəbistanında bu ilin sentyabr ayında qadınlara avtomobil istifadə etməsinə icazəsi verilmişdi.


 
Səudiyyə Ərəbistanının vəliəhd Şahzadəsi Məhəmməd bin Salman "mülayim İslama" qaytarmaq sözü vermişdi.

11 Dekabr 2017, 16:56   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin