Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Yeni ilə Naftalandakı otellərdə boş yer qalmadı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni ilə Naftalandakı otellərdə boş yer qalmadı

Yeni il bayramına bir neçə gün qalsa da, Naftalanın turizm obyektlərində bütün yerlər yerli və xarici turistlər tərəfindən öncədən sifariş edilib. 

 

Reklam_3_11

Naftalan Şəhər İcra Hakimiyyətindən "Marja"ya daxil olmuş məlumata görə, turizm obyektlərində yer bron edənlərin çoxu elə ölkə vətəndaşlarıdır.

 

Bayram günlərində qonaqların istirahətinin mənalı təşkili üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçiriləcəkdir.Yeni il axşamını daha mənalı və yaddaqalan keçirmək istəyən turistlər Naftalan şəhərinin otel, kurort-sanatoriya mərkəzlərinin təşkil etdiyi əyləncəli proqramlara böyük həvəs göstərirlər.

 

Şəhərdəki “Çinar” otelində 353, “Qarabağ” otelində 265, “Qaşaltı” otelində 342 yerin hamısı qabaqcadan sifariş verilib. 

 

Yeni ili Naftalanda qarşılamaq istəyənlərin 35 faizi xarici ölkə vətəndaşlarıdır ki, onların da arasında Rusiya vətəndaşları üstünlük təşkil edirlər. Həmçinin Səudiyyə Ərəbistanından, Latviyadan və digər müxtəlif Avropa ölkələrindən olan xarici qonaqlar da Yeni il axşamını buradakı turizm mərkəzlərində qarşılamağa üstünlük verərək nömrə alıblar.

 

Bütün bunların əsas səbəbi son illər Naftalanda müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması və turistlərə göstərilən xidmət işinin təkmilləşdirilməsidir. Həmçinin dövlət səviyyəsində həyata keçirilən proqram və tədbirlər də bu məsələdə əhəmiyyətli rol oynayır.

 

Statistikaya nəzərən son beş ildə şəhərə gələn turistlərin sayı 3,5 dəfə artıb. 2017-ci ilin 10 ayında Naftalanın turizm obyektlərində 33 min 811 turist qeydə alınmışdır ki, bunun da 7 min 309 nəfəri dünyanın 62-dək ölkəsindən gələnlər olmuşdur.  Xarici ölkələrdən gələnlərin sayı da   2016-cı ilin müvafiq dövrünə nisbətdə 79 faiz artmışdır. 2017-ci ilin ötən dövründə əcnəbi ölkələr arasında Naftalanın turizm məkanları rusların sevimli istirahət və müalicə yerinə çevrilib.

 

Məlumat üçün bildiririk ki, hazırda şəhərdə fəaliyyət göstərən 3 və 5 ulduzlu 10 sanatoriya, istirahət və müalicə mərkəzində gün ərzində 2200 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.

11.12.2017 14:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ