"Xəzər Dəniz Gəmiçiliyi" DSMF-yə borcunun olmasını inkar edir
“Azərbaycan Xəzər-Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyətə başladığı gündən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yaranan borcu cari ayda əvvəlcədən ödənilib və heç vaxt ödəniş vaxtı keçmiş borcu olmayıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat katibi Mehman Mehdiyevin verdiyi xəbərə görə, hazırda da “AXDG” QSC-nin DSMF-yə borcu yoxdur.
M. Mehdiyev bildirib ki, təkcə bu il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən DSMF-yə 24,7 mln. manat ödəniş həyata keçirilib.
“DSMF-nin “AXDG” QSC-ni məhkəməyə verməsinə gəlincə, bildirək ki, Fond Gəmiçiliyin tabeliyində olmuş “Dənizçi” kənd təsərrüfatı müəssisəsi ilə bağlı 2015-ci ilin aprelində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. Qeyd olunan müəssisə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2016-cı il tarixli 447S nömrəli sərəncamı ilə aqrar islahatlarının aparılması məqsədilə “AXDG” QSC-nin tabeliyindən çıxarılıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Hesablama Palatasının məlumatına görə, 2017-ci ilin I yarısı ərzində 742 sığortaedən üzrə 22,89 mln. manat və ya ilin əvvəlinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) olan borcun 7,1%-i qədər borcun ödənişinin təmin edilməsi üçün məhkəmə orqanlarına iddia ərizələri göndərilib. DSMF-nin borcun ödənişi ilə bağlı 4 iddiasından biri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə qarşı olub. Daha ətraflı aşağıdakı bu linkdən tanış ola bilərsiniz.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 21 saat əvvəl
-
23 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
1 gün əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl