Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Bakı Metropoliteni”: İşçilərin sayını azaltmağa məcburuq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bakı Metropoliteni”: İşçilərin sayını azaltmağa məcburuq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bakı Metropoliteni” QSC-nin yeni metro stansiyalarının tikintisi ilə məşğul olan Tikinti Departamentində iş həcmi azaldığından işçilərin sayının azaldılmasına zərurət yaranıb. 


Bu barədə  açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Reklam_3_11


Onun sözlərinə görə, bununla əlaqədar qarşılıqlı razılaşma əsasında işçilər vəzifələrindən azad edilir:

 

“İşçilərə təklif olunur ki, onlara orta aylıq əmək haqqının 2 misli qədər kompensasiya ödənilsin və qarşılıqlı razılaşma əsasında işdən azad edilsinlər, özlərinə iş tapana qədər əllərində pul olsun. Gələcəkdə, iş həcmi artarsa, yeni stansiyaların inşasına başlanarsa, yenə həmin adamlar işlə təmin ediləcək. Artıq 50 nəfər buna razı olub və kompensasiyasını alıb gedir”.


Bununla belə, Metropolitenin təklifi ilə razılaşmayanlar da var. N.Paşayevin sözlərinə görə, onların sayı təxminən 10 nəfərdir: “Bu adamlar təklifi qəbul etmək istəmir və qanunvericiliyə uyğun olaraq ştatda qala bilərlər. Amma onlara maaş ödənilməyəcək. Onu da deyim ki, bu, tarixən həmişə belə olub. Maliyyə vəsaiti azalanda metro tikintisində iştirak edən işçilərə bu təklif edilir, çünki iş yoxdur”.


Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, bu məsələdə işçilərin sosial vəziyyəti nəzərə alınır: “Şəhid ailələri, məcburi köçkünlərə xüsusi yanaşılır. Həmçinin, əgər bir ailədən iki nəfər varsa, bunlardan biri işdə saxlanılır”.

 

© Report

11.12.2017 15:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ