Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan at ətini əsasən Qazaxıstana ixrac edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan at ətini əsasən Qazaxıstana ixrac edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Azərbaycanda at ətinin ixracı məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyində xüsusi komissiya yaradılıb. 

 

Bunu jurnalistlərə açıqlamasında kən təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

 

Onun sözlərinə görə, komissiya Azərbaycanda saxlanılan atların genetik-damazlıq potensialının müəyyən edilməsi ilə məşğul olacaq: "Şəxsi təsərrüfatlarla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin də istehsalat müəssisələrində at saxlanılır. Azərbaycanda əsasən Qarabağ və Dilboz cinsindən olan atlar var. Bu atların genofondunun formalaşdırılması ilə bağlı ciddi nailiyyətlər əldə edilib. Hazırda həmin genofond saxlanılmaqla at ətinin ixracı istiqamətində iş aparılır. Məqəsədimiz odur ki, genetik potensialını itirmiş, istifadə üçün bir o qədər yaramayan atlar ixrac edilsin".

 

S.Talıbov qeyd edib ki, Azərbaycan ət ətini əsasən Qazaxıstana ixrac etmək niyyətindədir: "Moldova ilə də ixrac barədə razılıq əldə olunub, amma əsas istiqamət kimi Qazaxıstanı düşünürük. İki ölkənin hökumətlərarası komissiyasının iclasında bu məsələ qaldırılıb və konkret tədbirlər görmək barədə razılıq əldə olunub".

 

© Report

12.12.2016 11:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ