Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan və İslam İnkişaf Bankı saziş imzaladı - islam bankçılığı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və İslam İnkişaf Bankı saziş imzaladı - islam bankçılığı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yanvarın 18-də İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankının (İİB) vitse-prezidenti Sayed Ağanın rəhbərlik etdiyi Siyasi Dialoq Missiyası ilə görüşüb.

 

Görüşdə nazir Şahin Mustafayev Azərbaycanın İslam İnkişaf Bankı və İİB Qrupuna daxil olan digər institutlar ilə əməkdaşlığa önəm verdiyini, Bankın özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb

 

Qeyd olunub ki, İİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb. Kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial, su təchizatı və s. sahələri əhatə edən bu layihələrin 14-ü artıq başa çatıb, 4 layihənin icrası isə davam edir. İslam İnkişaf Bankı ilə fəal əməkdaşlıq davam etdiriləcəkdir. Nazir Şahin Mustafayev Bankın özəl sektora, xüsusilə də real sektora investisiya yatırılması, iri müəssisələrin birbaşa maliyyələşdirilməsi, səhm kapitalında iştirak kimi sahələrdə fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, sənaye parkları və zonalarının yaradılması, tikinti materiallarının istehsalı, metallurgiya, maşın və avadanlıqların istehsalı, kimya sənayesi kimi prioritet sahələrə investisiya yatırılmasını təklif edib.

 

İslam İnkişaf Bankının vitse-prezidenti Sayed Ağa ölkəmizə səfərindən, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığından məmnunluğunu bildirib, Bankın Azərbaycanla əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb və qurumun bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak edəcəyini vurğulayıb.

 

Görüşün sonunda "Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikasında İslam maliyyələşdirilməsi üzrə hüquqi bazanın işlənib hazırlanmasına dair texniki dəstək haqqında qrant Saziş”i imzalanıb. Sənədə əsasən, Azərbaycanda bank sahəsində mövcud qanunvericiliyin təhlili, ölkəmizdə islam bankçılığının tətbiqi imkanlarının araşdırılması və müvafiq təkliflərin hazırlanması nəzərdə tutulur. 

18.01.2017 11:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ