Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Brent nefti 2.5 ilin ən yüksək səviyyəsinə qalxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Brent nefti 2.5 ilin ən yüksək səviyyəsinə qalxdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Brent neftin qiyməti, dünyanın əsas neft boru kəmərlərindən birinin bağlanması ilə bağlı olaraq 2.5 il sonra ilk dəfə 65 dolları keçib.


 
"Marja" xəbər verir ki, neft Londonda, Bazar ertəsi günü 2 faiz bahalaşdıqdan sonra 0.8 faiz dəyər qazanıb və 10 İyun 2015-ci il tarixindən bu yana ən yüksək səviyyəsinə yaxınlaşıb. 

 

"Ineos" şirkəti yoxlamalar zamanı Şimal Dənizi Forties Boru Kəməri Sistemində çatlar olduğunu aşkar edib. Kəmərin bərpa olunmasının təxminən iki həftə çəkəcəyi qeyd edilib. Forties boru kəməri sistemi (FPS) Şimal Dənizində böyük neft kəməri şəbəkəsidir. Bu kəmər ilə gündəlik 550 min barrel neft nəql olunur.


 
Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) ölkələri və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının hasilatın azaldılması müqaviləsini 2018-ci ilin sonuna qədər uzatmaları ilə də yüksəlib. Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Al Mazrouei,  bazardakı hədsiz təklif vəziyyətinin ortadan qalxması vəziyyətində, müqavilənin 2018-ci ilin İyun ayında sona çatdırıla bilinəcəyini qeyd edib.


  
Bakı vaxtı ilə saat 07:50-yə olan məlumata görə, Brent nefti, Londonda ICE Futures Europe birjasında 51 sent yüksələrək  65.20 dollara, WTI, Nymex birjasında 1.1 faiz artdıqdan sonra, 30 sent daha yüksələrək bareli 58.29 dollara qalxıb.   

12.12.2017 04:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ