Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azər Türk Bank 3 ay sonra bazarı təəccübləndirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azər Türk Bank 3 ay sonra bazarı təəccübləndirəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Növbəti 3 ay ərzində biz yeni və digər bankların Mobilbank tətbiqlərindən əsaslı şəkildə fərqlənəcək öz Mobilbank tətbiqimizi müştərilərin istifadəsinə verəcəyik".


"Marja" xəbər verir ki, bunu Azər Türk Bank-ın Strateji Planlaşdırma və Marketinq departamentinin direktoru Leyla Məmmədova bildirib. 

 

O qeyd edib ki, hər bir bankın müasir dövrdə rəqəmsal bazarda ayaqda qalmasını təmin edən, onun mobil tətbiqləri və onlayn bankçılıq xidmətləridir:

 

"Azər Türk Bank da bu sahədə daimi yeniliklər edir və təkmilləşdirmə işləri aparır. Belə ki, növbəti 3 ay ərzində biz yeni və digər bankların Mobilbank tətbiqlərindən əsaslı şəkildə fərqlənəcək öz Mobilbank tətbiqimizi müştərilərinin istifadəsinə verəcəyik. Bildiyiniz kimi, adətən bankların mobil tətbiqi ilə standart əməliyyatları yerinə yetirmək olur. Bu tipli tətbiq hazırda biz də müştərilərimiz üçün təqdim edirik. Yaxın 3 ay ərzində təqdim edəcəyimiz Mobilbank tətbiqi ilə isə biz, tamamilə fərqli və bütün ehtiyacları qarşılaya biləcək bir vasitəni müştərilərimizin istifadəsinə verəcəyik. Bu tətbiq funksionallıq baxımından indiyə qədər olan alternativlərdən bir çox yeniliklərlə fərqlənəcək. Yeni tətbiqi istifadə edən müştərilərin demək olar ki, artıq banka gəlməyinə ehtiyacı olmayacaq". 


Leyla Məmmədova əlavə edib ki, bununla yanaşı 2018-ci ildə korporativ müştərilər üçün də banka gəlmədən bütün əməliyyatları yerinə yetirməyə imkan verən, yeni onlayn xidmətlər toplusunu özündə ehtiva edən internet bankçılıq platformasının yaradılması planlaşdırırılır.


Departamentinin direktoru vurğulayıb ki, Azər Türk Bank rəqəmsal sferada daha çox sosial şəbəkələrdən istifadə etməklə yanaşı həm də paralel olaraq Google reklamlarına da böyük önəm verir: "Hazırda SEO və SEM işi ölkəmizdə məhdud sayda şirkət tərəfindən həyata keçirlir və bazarda ağırlıq əsasən SMM-ə verilir. Buna baxmayaraq, Azər Türk Bank artıq gələn ildən SEO və SEM-ə daha böyük diqqət ayırmağı planlaşdırıb və bu sahədə bank tərəfindən yeni kadrlar cəlb olunub. Bankımız rəqəmsal sahədə bütün işləri öz daxili resursları - əməkdaşları hesabına həyata keçirmək fəlsəfəsini növbəti il daha da geniş şəkildə davam etdirəcək".

 

© Technote.az

12.12.2017 05:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ