Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İslami Bitcoin gəlir

iç səhifə xəbər başlığı altı (mobil)_31
İslami Bitcoin gəlir

Bəhreyn Mərkəzi Bankının rəhbəri Xalid Həməd, bütün ölkələrin texnologiyanı mənimsəməsi halında gələcək illərdə istifadə ediləcək pul vahidlərinin Bitcoin-lər olacağını bildirib


 
İslam Bankçılığı Konfransında Bəhreyn Mərkəzi Bankının rəhbəri Xalid Həməd də çıxış edib.

Reklam_3_11

 

"Marja" xəbər verir ki, Xalid Həməd, neft qiymətlərindəki dəyişikliyin bəzi hökumətləri digər sektorlarda sərmayə qoymağa və müxtəlif alətlər yaratmağa məcbur etdiyini söyləyib.

 
Bəhreyn Mərkəzi Bankı olaraq "Fintech" sektoruna daha çox investor cəlb etmək üçün müxtəlif işlər gördüklərini deyən Həməd, bunları qeyd edib:

 
"Bəhreyn olaraq  "Fintech" sahəsində bu bölgənin əsas mərkəzi olmaq istəyirik. Bank kartları və kredit kartlarının buraxılması, işlənməsi və ödəmə sistemləri məsələsində 2014-də bir tənzimləmə etdik. Banklar bu sahədəki xərclərini azaltmaq istəyir. Kartla ödənişlər sahəsində lisenziya verməyə başladıq. Bu sayədə bu sahədə xidmət göstərən şirkətlər Bəhreynə gəlməyə başladılar. Banklar, bulud informasiya xərclərini azaltmaq istəyirdi. Bunun üçün də növbəti tənzimləmələri həyata keçirdik. Amazon, bulud informasiya xidmətləri sahəsində Bəhreyni bir mərkəz olaraq istifadə etməyə başladı. Bulud informasiya sektorundan yalnız banklar istifadə etmir, eyni zamanda hökumət və digər sektorlar istifadə edə bilir".


Virtual pul adlandırılan Bitcoin-ə də toxunan Həməd, Bitcoinin, gələcək illərdə intensiv olaraq istifadə edilə bilinəcəyini, hazırkı kağız pulun yerini alacağını deyib.

 
Həməd, "Orta və uzun perspektivdə İslami Bitcoin bizləri gözləyirmi"? sualına, "Bəli, gözləyir. Əlbəttə, bunun bir ön şərti var. Bütün ölkələrin bu texnologiyanı mənimsəmiş olsunlar. Gələcək illərdə tək istifadə ediləcək pul vahidləri Bitcoin-lər olacaq. Qarşıdakı illərdə kartların da ortadan qalxacağını düşünürük. Əməliyyat xərcləri və riskləri azaltmaq üçün ATM-lərdən şəxsi məlumatlarınızı daxil edərək əməliyyat aparılacağını proqnozlaşdırıram",- deyə cavab verib.

12.12.2017 07:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ