Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda torpaqlar Türkiyə təcrübəsilə birləşdiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda torpaqlar Türkiyə təcrübəsilə birləşdiriləcək

Torpaqların konsolidasiyası fermerlərin işinə müsbət təsir göstərəcək.

 

Reklam_3_11

Bunu torpaqların konsolidasiyası üzrə milli strategiyanın və pilot layihənin hazırlanmasına dəstək layihəsi çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və Salyanın Şorsulu kəndinin fermerlərinin Türkiyəyə səfəri zamanı Salyan rayonu Şorsulu kəndinin fermeri Balaş Əhmədov deyib.

 

O bildirib ki, 4 gün ərzində Türkiyənin Dənizli və Aydın şəhərlərində torpaqların konsolidasiyası ilə bağlı görülən işlərlə tanış olub. Tanışlıq zamanı Türkiyənin fermerlərinin bu konsolidasiyadan müsbət şəkildə yararlandıqlarını müşahidə edib. Onlar konsolidasiyadan sonra ən azı iki dəfə çox məhsul götürür, öz ərazilərini rahat şəkildə suvarırlar.

 

B.Əhmədov qeyd edib ki, səfərdən qazandığı təcrübəni, torpaqların konsolidasiyası ilə bağlı müsbət fikirləri Salyanın Şorsulu kəndində digər fermerlərlə də bölüşəcək. Onları bu layihə ilə daha ətraflı tanış edəcək, layihəyə cəlb etmək üçün çalışacaq.

 

© Azərtac

12.12.2017 08:04

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ