Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Vergilər Nazirliyində bütün əməliyyatlar dondurulub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər Nazirliyində bütün əməliyyatlar dondurulub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sahibkarlarla aparılan söhbət zamanı məlum olub ki, hazırda vergi orqanları ilə bütün münasibətlər dondurulmuş vəziyyətdədir. Hətta Vergilər Nazirliyinin elektron sistemindən belə heç bir ödəyiciyə məktub-bildiriş göndərilməsi dayandırılıb:

 

Reklam_3_11

“Biz, sadəcə, vergilərimizi vaxtında ödəyirik. Deyiblər, ödənişləri ləngitməyin, vəssalam. Hətta 3 gündür vergi departamentinə gedən hamını geri qaytarırlar, əməliyyat aparmaq olmur. Hamı gözləyir, görək, necə olacaq..."

 

Fazil Məmmədovun vergilər naziri postundan çıxarılmasından bir həftəyə yaxın vaxt keçir. Bu müddətdə nazirlik sistemində kadr baxımından hələ ki hansısa dəyişikliklər qeydə alınmayıb. 

 

Yeni nazir Mikayıl Cabbarovun kimlərlə işləyəcəyi, kimlərlə yollarını ayıracağı barədə ara-sıra müzakirələr aparılsa da, hələlik ciddi kadr dəyişikliyi həyata keçirilməyib.

 

Maraqlıdır ki, bəzi sahibkarlar F.Məmmədovun savadlı, sahəni çox gözəl bilən adam olduğunu, sadəcə, son vaxtlar vergi orqanlarının haqsız təzyiqləri ilə çox üzləşdiklərini deyirlər. Sahibkarların fikrincə, vergilər nazirinin bir neçə müavini var ki, onlar da sistemlə bağlı məlumatlı olduqları üçün yeni nazirin işini qurmasında çətinliyi olmayacaq: “Əlbəttə, əgər həmin adamlar başqası ilə əvəz olunmasa, təzə nazir onlarla işini rahat qura bilər. Çünki vergilər elə bir sistemdir ki, oradan detallı məlumatın olmasa işləmək mümkün deyil. Həm də vergilər dövlətin əsas dayaq nöqtələrindən biridir, bu sahədə birdən-birə radikal dəyişikliklər heç də müsbət effekt verməyə bilər. Buna görə də yəqin ki, təzə nazir ehtiyatlı davranacaq”.

 

© Yeni Musavat

12.12.2017 06:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ