Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

FED-in faiz qərarı Azərbaycan manatına təsir edəcək?

iç səhifə xəbər başlığı altı (mobil)_31
FED-in faiz qərarı Azərbaycan manatına təsir edəcək?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu gün başlayan və 2 gün davam edəcək iclasında uçot dərəcəsinin 0,25 faiz bəndi artırılacağı ilə bağlı gözləntilər maliyyə bazarları tərəfindən artıq tam qəbul edilib. 

 

Analitiklər bildirir ki, dünyanın lider valyutası üzrə faizlərin artırılması Azərbaycan manatına təsir etməyəcək. Azərbaycan manatının məzənnəsi sabit qalacaq və hətta, Agentliyin apardığı araşdırmalara görə, bir qədər də möhkəmlənməsi mümkündür.

 

"Manatın möhkəmlənməsi ehtimalları bilavasitə neftin qiymətinin artması və qlobal maliyyə bazarlarında xoş konyunkturanın yaranması ilə əlaqədardır. Maliyyə bazarları FED-in uçot dərəcəsini artırması faktına öyrəşdikcə valyutaları kəskin ucuzlaşmış ölkələrdə əks proses yaşana bilər. Belə ki, Rusiya artıq bu prosesdən keçib və bu ölkədə RUB/USD məzənnəsi 88 səviyyəsindən 39% - 58 rubl səviyyəsinə qədər geriləyib. Azərbayacanda da AZN/USD məzənnəsinin 1,65-1,67 səviyyəsinə qədər geriləməsi mümkün görünür", - deyə analitiklər əlavə ediblər.

 

Lakin analitiklərin  fikrincə, bu proses uzunmüddətli olmayacaq: "FED daha 4 dəfə uçot dərəcəsini artırdıqdan sonra, yəni bu ilin sonundan etibarən dollar möhkəmlənməyə başlayacaq. Belə ki, yüksək faizlər, FED və ECB-nin balanslarını azaldaraq qlobal likvidliyə mənfi təsirləri özünü bir qədər sonra biruzə verməyə başlayacaq". 

 

Analitiklər 2019-cu ilin əvvəlindən etibarən növbəti maliyyə böhranının başlayacağını ehtimal edir. 

 

© Report

12.12.2017 08:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ