Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Nazirlik: Mənzil bazarında qiymətlər qalxır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlik: Mənzil bazarında qiymətlər qalxır

2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda mənzil bazarında ümumi qiymət indeksi 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 2016-cı ilin müvafiq dövrünə nisbətən 1,4% artıb.

 

Reklam_3_11

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, ilkin mənzil bazarında qiymətlərdə 1,1%, təkrar mənzil bazarındakı qiymətlərdə isə 1,4% artım müşahidə edilib.

 

Əmlak bazarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının məlumatlarına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ildə mənzil bazarında həm əmlak alqı-satqısının həcmində, həm də qiymətlərdə manatla ifadədə artım müşahidə olunub.

 

Daşınmaz əmlak bazarında baş verən artım müəyyən bankların fəaliyyətinin stabilləşməsi, "Azərbaycan İpoteka Fondu" ASC tərəfindən ipoteka kreditlərinin ayrılma prosesinin təkmilləşdirilməsi ilə bağlıdır.

 

Bakı şəhərində təklif olunan mənzillərin orta qiymətlərinə dair məlumat:

 

 

Təkrar yaşayış mənzil bazarında satışa təklif edilən yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti və 2016-cı ilin III rübü ilə müqayisədə faiz artımı aşağıdakı kimi olub:
 


- Ekonom sinif (45-70 kv.m.) - 780 $/кv.m ( 2,31%);
- Komfort sinif (70-100 kv.m.) - 1210$/кv.m (5,47%);
- Biznes sinif (100-170 kv.m.) - 1860$/кv.m (10,78%).


 
Kirayə mənzil bazarında son illər ərzində yaşayış sahələrinin kirayə haqqının dəyərində ümumilikdə azalmalar müşahidə edilsə də 2017-ci ilin yanvar - sentyabr ayları ərzində qiymətlərdə 3,1% artım olub. Hazırda təkrar mənzil bazarında 2 otaqlı mənzillərin aylıq orta qiyməti təqribən 300-400 manat, yeni tikilmiş binalarda isə 500-600 manata təklif olunur.

 

© APA

12.12.2017 09:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ