Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Litecoin-in qiymətində rekord - "UÇUR"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Litecoin-in qiymətində rekord - "UÇUR"

Virtual pullar gündəmdən düşmür. İndi də Litecoin qiymətlərinin qalxması ilə gündəmə gəlib. Qiyməti yüz faizə yaxın artaraq 200 dolları keçib. Bəs Litecoin nədir? Hazırda qiyməti nə qədər?

 
  
 LİTECOİN NƏDİR

Reklam_3_11

 

Litecoin, dünya miqyasında hər kəs üçün yox, az məbləğdə olan pul transferləri etməyə imkan verən bir kripto pul vahididir. Digər koinlər kimi hər hansı bir mərkəzi olmayan Litecoin, açıq qaynaq kodlu qlobal bir ödəmə sistemidir.


 
Litecoin-in istifadə etdiyi texnologiyası, bu şəbəkəni qoruyur və istifadəçilərin öz pullarına özlərinin nəzarət etmələrinə imkan verir. Litcoin hazırda populyar olan tanınmış  kripto pul vahidlərindən daha sürətli əməliyyat müddətlərinə malikdir.


 
Litecoin, Bitcoin-in açıq qaynaq kodlu proqramından və iş prinsipindən ilham alınaraq yaradılmışdır. Ancaq Litecoin-in Bitcoin-dən ən böyük fərqi "mining" alqoritminin fərdi kompüterlərlə də "mədənçilik" aparıla bilinməsi imkanı yaratmasıdır.


 
Eyni zamanda Litecoin proseslərin sürətli bir şəkildə təsdiq olunmasını da təmin edən texnologiya bazasına malikdir. Litecoin-də proseslər orta hesabla 2.5 dəqiqə ərzində təsdiq olunur. Əməliyyat sübutetmə alqoritmi "scrypt" əsaslı olduğu üçün normal kompüterlərin standart GPU prossesorları tərəfindən asanlıqla işlənir və yeni coin-lər istehsal edilir.

 

LİTECOİN-İN QİYMƏTİ
 

Son bir ilə nəzər saldıqda Litecoin qiymətləri 50-100 dollar ətrafında idi. Ancaq son günlərdə uçuşa keçən Litecoin, sadəcə 24 saat içərisində rekord qıraraq, yüz faiz artımla 246 dollar səviyyəsinə yaxınlaşıb. Arxada qoyduğumuz həftədə başda Bitcoin olmaq üzrə bir çox pul vahidində qiymət artımı baş verib və bu artım Litecoin-ə də təsir edib.
 

24 saat ərzində yüz faiz dəyər qazanan Litecoinlərin cəmi bazar dəyəri təqribən 9 milyard dollardır. Bu çılğın rəqəmlə bazarda yer alan Litecoin, ən böyük altıncı kripto pul vahididir.

12.12.2017 10:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ