Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Fitch-dən qlobal borc xəbərdarlığı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fitch-dən qlobal borc xəbərdarlığı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings, mənfi gəlirliliyi olan ölkə istiqrazları üzrə borcların 9,7 trilyon ABŞ dollarına çatdığını açıqlayıb.


 
"Marja" Agentliyin açıqlamasına istinadən xəbər verir ki, Avropa Mərkəzi Bankının aylıq istiqraz alışı miqdarını azaltmaq planına baxmayaraq neqativ gəlirliliyi olan ölkə istiqrazları üzrə borclar 4 Dekabr 2017-ci il tarixində 9,7 trilyon ABŞ dollarına çatıb.

Reklam_3_11


 
Ötən ilin eyni dövründə borc 9,3 trilyon dollar səviyyəsində idi.


 
Avro Bölgəsinin ümumi daxili məhsul (ÜDM) artımının 2017-ci ildə gözləntiləri keçdiyi, böyümə təkanının 2018-ci ildə davam etməsinin gözlənildiyi qeyd edilib.


 
Avro Bölgəsindəki inkişafın təzahürü olaraq Avropa Mərkəzi Bankının aylıq aktiv (istiqraz) alışı proqramını 2018-ci ilin yanvar ayında 30 milyard dollar səviyyəsinə endirməyi planlaşdırdığı xatırladılıb.


 
Açıqlamada, Avro Zonasında iqtisadi artımın bu ilin sonunda 2,3 faiz, gələn ilin sonunda isə 2,2 faiz səviyyəsinə olacağının nəzərdə tutulduğu ifadə edilib.


 
Buna baxmayaraq, bu vəziyyətin istiqraz almış investorlara ciddi gəlir artımı təmin etmədiyi vurğulanıb.

 

Qeyd edək ki, investrlar neqativ gəlirliliyi olan istiqrazların qiymət artımından qazanırdılar. Mərkəzi bankların istiqraz alışı proqramını azaltmaları istiqraz qiymətlərinin düşməsinə səbəb ola bilər. 

12.12.2017 11:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ