AFB Bank Risklərin təhlili şöbəsinə işçi axtarır

Vəzifə: Risklərin təhlili şöbəsinin mütəxəssisi, aparıcı mütəxəssisi, baş mütəxəssisi

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) 
Ünvan: Bakı şəhəri



NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 


- İqtisadiyyat, riyaziyyat və ya biznesin idarə edilməsi üzrə ali təhsil; 

- Risklərin idarə olunması, maliyyə, audit/mühasibatlıq üzrə azı 1 il təcrübə; 
- MS Office, o cümlədən MS Excel-dən təkmil istifadə bacarığı;
- Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri; 

- Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;

- Xaricdə təhsil almış, o cümlədən FRM, PRM və CFA sertifikat sahibləri və bu imtahanlar üzrə mərhələ keçənlərə üstünlük veriləcək. 

İŞİN TƏSVİRİ: 


- Risklərin təhlili və minimallaşdırılması üzrə təkliflərin verilməsi; 
- Kredit və bazar risklərinin idarə edilməsi və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi; 
- Risk limitlərinin təyin olunması və limitlərə nəzarət; 
- Vintaj, PD, LGD modellərinin qurulması və yenilənməsi; 

- Stress-testlərin keçirilməsi. 

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin təhlili şöbəsinin mütəxəssisi” qeyd edərək [email protected] electron ünvanına göndərməyinizi xahiş edirik.

 

Ərizə qəbulu üçün son tarix - 15 yanvar 2018-ci il.

12 Dekabr 2017 , 23:05   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin