Ən yuxarı statik reklam_3

Tesla-nın elektrikli yük maşını üçün ən böyük sifariş Pepsi-dən

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tesla-nın elektrikli yük maşını üçün ən böyük sifariş Pepsi-dən
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tesla-nın istehsal etdiyi elektrikli yük avtomobili "Tesla Semi" üçün indiyə qədərki ən böyük sifariş verilib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, "Pepsi", 100 ədəd sifarişi birdən verərək bütün sifarişlərin önünə keçib.


"Pepsi", avtomobil parkının bir hissəsini elektrikli modellərə keçirərək yanacaq xərclərini və karbon emissiyasını aşağı salmağı hədəfləyir.


 
"Pepsi" daxil bir neçə şirkət, Semi-nin rəsmi təqdimatının keçirildiyi 17 Noyabrdan bu yana ümumilikdə 267 ədəd sifariş verib. ABŞ-dakı illik yük maşını bazarının böyüklüyü isə 260 min ədədə çatır.


 
"Pepsi", yeni Tesla-ları, 800 km sahə içərisindəki istehsalçı-distribyutor və ya pərakəndə nöqtələri arasında içkiləri daşımaq üçün istifadə edəcək.


 
"Peps"inin ABŞ-dakı donanması 10 min yük maşından ibarətdir. 100 ədədlik sifariş  çox kiçik kimi görünsə də, şirkət 2030-ci ilə qədər donanmasının 20%-ni elektriklə işləyən avtomobillərə keçirməyi hədəfləyir.


 
2019-ci ildə yollarda olacaq "Tesla Semi" sifarişi vermək üçün 20 min dollar depozit qoymaq lazımdır. 480 km sürüş mənzilinə sahib olan variantın qiyməti 150 min dollar ikən, 800 km mənzilə malik versiya 180 min dollardır.
 

KİMLƏR SİFARİŞ VERİB?
 


"Tesla Semi" satışa çıxdığı gündən bu yana böyük şirkətlərdən sifariş alır. Son olaraq Amerikanın içki nəhəngi "Anheuser-Busch" 40 ədəd "Tesla Semi" sifarişi vermişdi.


 
Daha əvvəl "Wal-Mart" 15 ədəd, Kanadanın market şəbəkəsi "Loblaw" 25 ədəd, DHL də 10 ədəd sifariş vermişdi.
 


ABŞ-ın ən böyük nəqliyat şirkətlərindən biri olan J.B. Hunt Transport Services (JBHT), Michiganda yerləşən supermarket şəbəkəsi "Meijer" və "Sysco Corp" da sifariş verən şirkətlər arasında yer alır.

13.12.2017 04:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ