Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın özəl sektorunun ixracında inanılmaz sıçrayış

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın özəl sektorunun ixracında inanılmaz sıçrayış

Azərbaycanın özəl sektorunun ixracı bir ayda 1 milyard 691 milyon dollardan 4 milyard 379 milyon 832 min dolara yüksləlib.

 

"Marja" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin 10 ayı ərzində Azərbaycanın özəl sektorunun ixracı 1 milyard 691 milyon dollar təşkil etmişdi. Komitənin 2017-ci ilin 11 ayı üzrə açıqladığı statistikasında isə göstərilir ki, özəl sektorun ixracı təxminən 4 milyard 380 milyon dollar təşkil edib. Yəni, özəl sektor Noyabrda ixracını 2 milyard 689 milyon dollar artırıb. 

 

2016-cı ilin 11 ayında özəl sektorun ixracı 1 milyard 552 milyon 509 min dolar təşkil etmişdi.


Dövlət sektorunun ixracı isə illik müqayisədə 6 milyard 525 milyon 655 min dollardan 7 milyard 950 milyon 980 milyon dollara, aylıq müqayisədə isə Oktyabrın ayının sonundakı 7 milyard 201 milyon 327 min dollardan 7 milyard 950 milyon 980 milyon dollara yüksəlib.  

 

Qeyd edək ki, əsasən özəl sektorun ixracının kəskin artması nəticəsində Azərbaycanın ticarət əməliyyatlarının həcmi bu ilin Oktyabr ayının sonundakı 16 milyard 12 milyon  583 min dollar səviyyəsindən Noyabr ayının sonunda 20 milyard 291 milyon 683.43 min dollar səviyyəsinə yüksəlib.

 

Azərbaycanın ixracı isə  bir ayda 9 milyard 54 milyon 202 min dollardan 12 milyard 500 milyon 979 min dollara qalxıb.

 

Gömrük Komitəsi kəskin artımın səbəbini şərh etməyib. Ötən ilin Noyabr  ayına olan İxrac statistikası da Komitənin rəsmi saytından silinib. Bu səbəbdən ixrac olunan mal qrupları üzrə müqayisə çətinləşib. Tezliklə, bu artımın səbəbini təqdim etməyə çalışırıq.

13.12.2017 06:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ