Ən yuxarı (mobil)-2_30

Hasilat sənayesi şirkətlərinin büdcəyə köçürdüyü vəsait açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hasilat sənayesi şirkətlərinin büdcəyə köçürdüyü vəsait açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan hökuməti 2016-cı il üzrə hasilat sənayesindən əldə etdiyi məcmu daxilolmaları açıqlayıb.

 

Azərbaycan hökuməti hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərdən vergi və digər daxilolmalar formasında 102,303 mln. dollar və 880,827 mln. manat cəlb edib. Xatırladaq ki, ötən il bu göstəricilər müvafiq olaraq 386,783 mln. dollar və 1 mlrd. 315,602 mln. manat olub.

 

Hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər 2016-cı ildə Azərbaycanın payı qismində dövlətə 127,375 mln. barrel neft, 2 mlrd. 879 mln. 319,316 min kubmetr qaz, 7,777 min unsiya qızıl, 1,383 min unsiya gümüş, 0,198 min ton əlvan metallar verilib.

 

Hökumətin gəlirlərinin strukturuna gəlincə, burada mənfəət neftinin payı 24,46 mln. dollar, mənfəət qazının payı 64,416 mln. dollar, imzalanma bonusları və digər bonusların payı 0,051 mln. dollar, akrhesabı ödənişlərin payı 2,118 mln. dollar, tranzit haqqının payı 11,258 mln. dollar təşkil edib.

 

Şirkətlər tərəfindən dövlətə vergi qismində ödənilən 880,827 mln. manatlıq məbləğin 418,752 mln. manatı mənfəət vergisinin, 108,693 mln. manatı mədən vergisinin, 68,37 mln. manatı ƏDV-nin, 31,116 mln. manatı torpaq vergisinin, 73,847 mln. manatı əmlak vergisinin, 75,14 mln. manatı digər vergilərin payına düşüb.

 

© APA

13.12.2017 06:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ