Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bankdan Yeni il endirimi - 20,18%-lə nağd kredit!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankdan Yeni il endirimi - 20,18%-lə nağd kredit!

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Beynəlxalq Bankı yeni kampaniyaya start verib.

 

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, 13 dekabr tarixindən 29 dekabr tarixinə qədər davam edəcək kampaniya çərçivəsində Azərbaycan Beynəlxalq Bankının əməkhaqqı və pensiya kartına sahib hər bir müştəri 12 aylıq nağd pul kreditini bankdan cəmi 20,18% illik faiz dərəcəsi ilə ala bilər. Bundan əlavə, kampaniya zamanı müştərilər Bankın təklif etdiyi 24 və 36 aylıq kreditlərin illik faiz dərəcəsində 3% endirim əldə edə bilərlər.

 

Kampaniyanın özəllikləri:

• Kreditin məbləği - 15.000 manatadək

• Kreditin müddəti - 36 ayadək

• İllik faiz dərəcəsi –20,18%-dən başlayaraq

• Kredit 5000 manata qədər olduqda - zaminsiz

 

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əmək haqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməli və ya 8937 qısa nömrəsinə SMS göndərməlidir.

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

18.12.2017 07:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ