OPEC-in neft hasilatı dekabrda azalıb
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik neft hasilatı, 2016-ci ilin dekabr ayında əvvəlki ayla müqayisədə 221 min barel azalaraq 33 milyon 85 min barrelə enib.
OPEC-in "Neft Bazarı Hesabatına" görə, dekabrda qlobal neft hasilatı noyabr ayı ilə müqayisədə gündəlik 300 min azalaraq 96 milyon 920 min barrelə enib. Aylıq müqayisədə baş verən azalmaya baxmayaraq, qlobal neft hasilatı 2015-ci ilin dekabr ayı ilə müqayisədə 710 min barel artım göstərb.
OPEC-in xam neft istehsalı, dekabrda əvvəlki ayla müqayisədə gündəlik 221 min barrel azalaraq 33 milyon 85 min barel olub. OPEC-in hasilatını azaltması ilə dekabrda qlobal neft istehsalındakı payı 34,1%-ə geriləyib.
Dekabrda OPEC-in istehsalında xam neft hasilatı ən çox Anqola və İraqda artarkən, ən böyük azalma Səudiyyə Ərəbistanı, Venesuela və Nigeriyada baş verib.
Anqolada gündəlik hasilat dekabrda əvvəlki ayla müqayisədə 35 min barel artım göstərib. OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanda isə dekabrda 149 min barrel azalma ilə 10 milyon 474 min barrelə enib. Nigeriya gündəlik hasilatını 113 min barel, Venesuela 45 min barel azaldıb.
Bu il OPEC-in xam neft tələbatı, ötən illə müqayisədə sutkada 900 min barrel artaraq 32 milyon 100 min barelə çatacaq.
Bu il qlobal Neft tələbi isə keçən illə müqayisədə 1 milyon 160 min barel artımla sutkada 95 milyon 600 min barelə çatacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
16 d. əvvəl
Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib
- 20 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan sentyabrda Türkiyənin üç şəhərinə ixrac missiyası təşkil edəcək
-
12 saat əvvəl
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
- 12 saat əvvəl
-
14 saat əvvəl
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya veriləcək
- 16 saat əvvəl