Özəl sektor ixracındakı 2,7 milyardlıq artım sirr saxlanılır

2017-ci ilin Noyabr ayında özəl sektor ixracının Oktyabr ayı ilə müqayisədə sıçrayışla 2 milyard 689 milyon dollar artması sirr saxlanılır.

 

Komitə "Marja"nın sorğusuna cavab olaraq, şərh verilməyəcəyini bildirdi. 

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın özəl sektorunun ixracı bir ayda 1 milyard 691 milyon dollardan 4 milyard 379 milyon 832 min dolara yüksləlib.
 


"Marja" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin 10 ayı ərzində Azərbaycanın özəl sektorunun ixracı 1 milyard 691 milyon dollar təşkil etmişdi. Komitənin 2017-ci ilin 11 ayı üzrə açıqladığı statistikasında isə göstərilir ki, özəl sektorun ixracı təxminən 4 milyard 380 milyon dollar təşkil edib. Yəni, özəl sektor Noyabrda ixracını 2 milyard 689 milyon dollar artırıb. 


 
2016-cı ilin 11 ayında özəl sektorun ixracı 1 milyard 552 milyon 509 min dolar təşkil etmişdi.

 

Dövlət sektorunun ixracı isə illik müqayisədə 6 milyard 525 milyon 655 min dollardan 7 milyard 950 milyon 980 milyon dollara, aylıq müqayisədə isə Oktyabrın ayının sonundakı 7 milyard 201 milyon 327 min dollardan 7 milyard 950 milyon 980 milyon dollara yüksəlib.  
 


Qeyd edək ki, əsasən özəl sektorun ixracının kəskin artması nəticəsində Azərbaycanın ticarət əməliyyatlarının həcmi bu ilin Oktyabr ayının sonundakı 16 milyard 12 milyon  583 min dollar səviyyəsindən Noyabr ayının sonunda 20 milyard 291 milyon 683.43 min dollar səviyyəsinə yüksəlib.


 
Azərbaycanın ixracı isə  bir ayda 9 milyard 54 milyon 202 min dollardan 12 milyard 500 milyon 979 min dollara qalxıb.

13 Dekabr 2017 , 11:21   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin