Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

15,6 milyard manatı "yedik-içdik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
15,6 milyard manatı "yedik-içdik"

2017-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,3 faiz üstələyərək 30,9 milyard manata bərabər olmuşdur. Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.

 

Ticarət dövriyyəsinin 15 milyard 623,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15 milyard 239,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-noyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 2,7 faiz üstələmişdir.

 

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları

Satışdan gəlir,milyon manatla

2016-cı ilin yanvar-noyabr aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

30 862,8

102,3

o cümlədən:

ərzaq məhsulları

14 188,6

102,0

içkilər və tütün məmulatları

1 435,2

100,9

toxuculuq məhsulları, geyim və ayaqqabılar

5 667,2

103,1

elektrik malları və mebellər

1 930,8

102,1

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

228,2

101,5

əczaçılıq və tibbi mallar

423,2

101,4

avtomobil yanacağı

1 651,0

99,8

digər qeyri-ərzaq məhsulları

5 338,6

103,6

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,0 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 18,4 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

 

2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının 12,0 faizi ticarət müəssisələri, 53,9 faizi fərdi sahibkarlar tərəfindən, 34,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 9,7 faiz, fərdi sahibkarlar üzrə 1,3 faiz, bazar və yarmarkalar üzrə 1,5 faiz artmışdır.

 

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  288,3 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39,8 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,4 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

 

13.12.2017 10:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ