Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Gömükdə problemlərinin olmadığını bildirdilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömükdə problemlərinin olmadığını bildirdilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan prezidenti İlham Əliyevin gömrük-sərhəd buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyətini yoxlamaq məqsədilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev və Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini Səfər Mehdiyev bu gün Azərbaycanın Rusiya ilə dövlət sərhədində yerləşən "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olublar.

 

Reklam_3_11

DGK-nin Mətbuat Xidmətindən   verilən məlumata görə, E. Quliyev və S. Mehdiyev "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində sərnişinlərin və nəqliyyat vasitələrinin sərhədkeçmə vəziyyəti barədə məlumat alıb, dövlət sərhədindən keçən sərnişinlər və yük avtomobillərinin sürücüləri ilə söhbət edərək  onların qarşılaşdıqları problemlərlə maraqlanıblar. Dövlət sərhədindən keçən şəxslər, yük avtomobillərinin sürücüləri buraxılış məntəqəsindəki şəraitdən razılıqlarını ifadə ediblər, eləcə də gömrük rəsmiləşdirilməsi ilə əlaqədar problemlərinin olmadığını bildiriblər.

 

Son illərdə həyata keçirilən islahatlara paralel olaraq “Samur" gömrük-sərhəd buraxılış məntəqəsində tranzit yükdaşımalarının həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlər barədə vəzifəli şəxslərin məruzələri də dinlənilib, mövcud problemlər, həmçinin sərnişinlərin və nəqliyyat vasitələrinin gömrük nəzarəti prosesinə daha az vaxt sərf edilməsi imkanları müzakirə edilib.

 

Sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.

18.01.2017 14:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ